
BAKI, 14 mart. TELEQRAF
Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində neft anbarı pilotsuz təyyarə ilə vurulub. Yanğının sahəsi 1000 kvadrat metri keçib.
Teleqraf xəbər verir ki, bu barədə vilayətin qubernatoru Veniamin Kondratyev məlumat verib.
“Gecə Kiyev rejimi Tuapsedəki neft kompleksinə hücum etdi. Benzin çənlərindən biri yanıb. Yanğının sahəsi 1000 kvadratmetrdən çoxdur”, - o bildirib.
Kondratyev bildirib ki, yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Canlı itkinin olmadığı qeyd olunur.