
BAKI, 14 mart. TELEQRAF
ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff Moskvada Rusiya hakimiyyəti ilə danışıqların gedişi barədə Vaşinqtona məlumat verib.
Teleqraf xəbər verir ki, bu barədə Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals "Fox News" telekanalının efirində bildirib.
“Vitkoff oradadır. O, Ağ Evə məlumat ötürür ki, biz onu qiymətləndirə bilək və Prezident Tramp gələcək addımlar barədə qərar verə bilsin”, - o deyib.
Xatırladaq ki, Vitkoff martın 13-də Moskvaya səfər edib.