GORANBOY, 14 mart. TELEQRAF
Goranboyda itkin düşdüyü bildirilən 15 yaşlı məktəbli qızın qaçırıldığı məlum olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, rayonun 2 saylı tam orta məktəbinin 9-cu sinif şagirdi 2010-cu il təvəllüdlü Z.Böyükkişiyevanı Bakı şəhər sakini 29 yaşlı O.Hüseynzadə adlı şəxs evlənmək məqsədi ilə qaçırıb.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
***
2025.03.13 23:15
Goranboy rayonunda məktəbli qız itkin düşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 9-cu sinif şagirdi 15 yaşlı Z.Böyükkişiyevanın itkin düşməsi barədə yerli hüquq mühafizə orqanı əməkdaşları məlumatlandırılıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf-ın yerli bürosuna bildirilib ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma başlanılıb. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
Məktəbli qızın evlənmək məqsədi ilə qaçırıldığı iddia olunur.