BAKI, 14 mart. TELEQRAF

UEFA Konfrans Liqasında 1/4 finalda yarışacaq komandaların adları dəqiqləşib.

Teleqraf xəbər verir ki, turnirin əsas favoriti "Çelsi"nin rəqibi "Legiya" olub.

"Fiorentina" "Selye", "Betis" isə "Yaqelloniya" ilə mübarizədə daha üstün hesab edilir. "Yurqorden" isə "Rapid"lə yarımfinal uğrunda yarışacaq.

Konfrans Liqası
1/4 final (10 və 17 aprel)
“Betis” - “Yagelloniya”
“Selye” - “Fiorentina”
“Çelsi” - "Legiya"
“Yurqorden” - “Rapid”