
BAKI, 14 mart. TELEQRAF
Milli Məclisin növbəti plenar iclası başlayıb.
Teleqraf xəbər verir ki, toplantı spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
Baş nazir Əli Əsədov, nazirlər, dövlət komitələrinin sədrləri və hökumətin digər üzvləri toplantıda iştirak edirlər.
İclasın gündəliyinə uyğun olaraq, Azərbaycan hökuməti Milli Məclis qarşısında illik hesabat verir.
Hesabatı Ə.Əsədov təqdim edir.
Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.
***
07:00
Bu gün Azərbaycan hökuməti Milli Məclis qarşısında illik hesabat verəcək.
Teleqraf-ın xəbərinə görə, Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabat parlamentin bu gün keçiriləcək iclasının gündəliyinə salınıb.
Baş nazir Əli Əsədov, nazirlər, dövlət komitələrinin sədrləri və hökumətin digər üzvləri toplantıda iştirak edəcəklər. Hesabatı Ə.Əsədov təqdim edəcək.
Hesabatda hökumətin 2024-cü ildə gördüyü işlər, ölkənin siyasi, diplomatik, hərbi sahədəki fəaliyyəti, sosial-iqtisadi, mədəni inkişafı ilə bağlı müxtəlif məsələlər əksini tapıb.
Baş nazirin çıxışından sonra deputatlara söz veriləcək. Onlar hökumətin fəaliyyətinə münasibət bildirəcək, irad və təkliflərini səsləndirəcəklər.
Xatırladaq ki, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında hesabat verir.