
BAKI, 14 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Şərqi Avropada nüvə silahının yerləşdirilməsi ideyasını dəstəkləmir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens "Fox News"a müsahibəsində bildirib.
“Mən bu məsələni prezidentlə müzakirə etməmişəm, lakin o, nüvə silahının daha da irəlidə – Şərqi Avropada yerləşdirilməsini dəstəkləsəydi, şoka düşərdim. Biz bəşər sivilizasiyasının gələcəyindən danışırıq", - siyasətçi deyib.
Martın 6-da Tramp bildirib ki, Ağ Ev administrasiyası nüvəsizləşdirmə üzrə Rusiya və Çinlə danışıqlar aparmaq istəyir.