
BAKI, 14 mart. TELEQRAF
Çin Baş Gömrük İdarəsinin rəis müavini Sun Yuninq korrupsiyaya görə tutduğu vəzifədən və Çin Kommunist Partiyasının (ÇKP) sıralarından xaric edilib.
Teleqraf xəbər verir ki, bu barədə ÇKP-nin Mərkəzi İntizam Təftiş Komissiyası məlumat yayıb.
2024-cü ilin sentyabrında komissiya Sun Yuninqə qarşı intizam işi başladıb. Müəyyən olunub ki, o, öz xidməti vəzifələrini lazımınca yerinə yetirə bilməyib və dövlət vəsaitinin bölüşdürülməsinə müdaxilə edib. Keçmiş məmur səlahiyyətlərindən şəxsi maraqları və vəzifə səlahiyyətlərindən üçüncü şəxslərə kömək etmək üçün istifadə edib.
Həmçinin keçmiş rəis müavini hədiyyələr qəbul edib və xidməti vəzifələrinin qərəzsiz yerinə yetirilməsinə təsir göstərə biləcək səfərlərə razılaşıb.
Sabiq məmurun qanunsuz qazancı müsadirə edilib və cinayət işi davam etdirilməsi üçün prokurorluğa göndərilib.