BAKI, 14 mart. TELEQRAF

ABŞ Ukraynaya ATACMS raketləri əvəzinə "Kiçik Diametrli Bomba" (GLSDB) raketlərinin tədarükünü bərpa etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

“Silah Ukraynanın analoji mənzilli ATACMS taktiki raket sistemlərinin ehtiyatlarının tükənməsi ilə bağlı xəbərlər fonunda göndəriləcək”, - nəşr yazır.

Məlumata görə, 150 km məsafədəki hədəfləri vura bilən GLSDB-lər daha yaxşı əks-elektron sistemləri üçün təkmilləşdirilib.

Bildirilir ki, Ukrayna ordusu yaxın gələcəkdə GLSDB-dən istifadə edə biləcək. Agentlik vurğulayır ki, Ukrayna Silahlı Qüvvələri sonuncu dəfə bu silahdan bir neçə ay əvvəl istifadə edib.