BAKI, 13 aprel. TELEQRAF

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazaya bitişik, ümumi sahəsi 8 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində quraşdırılan generator və karton taralar yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yüksək temperaturdan marketin lambirdən ibarət divar üzlüyü 40 m² sahədə əriyib. Marketin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.