
BAKI, 15 aprel. TELEQRAF
“Real Madrid”in məşqində müdafiəçi Antonio Rudiger və yarımmüdafiəçi Cud Bellingem arasında dava düşüb.
Teleqraf xəbər verir ki, bu barədə “El Chiringuito” nəşri məlumat yayıb.
Məlumata görə, ikitərəfli oyun zamanı futbolçulardan biri rəqibinə qarşı həddən artıq sərt hərəkət edib. Bu səbəbdən Antonio və Cud arasında gərginlik yaşanıb, futbolçular yumruq davasına çıxmaq istəyiblər.
Komanda yodaşlarının münaqişəyə müdaxiləsindən sonra futbolçuları sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, aprelin 16-da “Real Madrid” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında “Arsenal”ı qəbul edəcək. İlk oyunda London klubu 3:0 hesabı ilə qalib gəldiyindən, İspaniya təmsilçisinin yarımfinala adlamaq şansı xeyli azalıb.