ŞƏMKİR, 14 aprel. TELEQRAF

Şəmkir rayonunun Günəşli kəndində ər və həyat yoldaşı dəm qazından zəhərlənib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Günəşli kənd sakinləri, 1980-ci il təvəllüdlü Vidadi Hüseynov və həyat yoldaşı, 1991-ci il təvəllüdlü Sevinc Hüseynova yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.