BAKI, 15 aprel. TELEQRAF

“Real Madrid”in hücumçusu Kilian Mbappe 1 oyunluq cəzalanıb.

Teleqraf xəbər verir ki, forvard İspaniya çempionatının növbəti matçını buraxacaq.

Fransalı hücumçu “Alaves”lə qarşılaşmada qırmızı vərəqə aldığına görə diskvalifikasiya olunub. Mbappe La Liqanın 32-ci turunun “Atletik”lə vacib oyununda komandasına kömək edə bilməyəcək.