BAKI, 15 aprel. TELEQRAF

İtaliya A seriyasında 32-ci turun son oyununda “Napoli” öz meydanında “Empoli” klubunu böyük hesabla məğlub edib – 3:0.

Teleqraf xəbər verir ki, meydan sahiblərinin qələbəsində təcrübəli forvard Romelu Lukaku yaxından iştirak edib. Belçikalı futbolçu 1 qol, 2 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Neapol klubunun heyətində Skott Maktominey dubla imza atıb.

A seriyasına 71 xalla “İnter” başçılıq edir. Çempionluq uğrunda mübarizədən qopmayan “Napoli” 68 xalla 2-ci sıradadır. Elitada qalmağa çalışan “Empoli” 24 xalla 19-cu sırada mövqe tutub.