
BAKI, 14 aprel. TELEQRAF
Nizami rayonu Q.Qarayev küçəsində bir nəfərin “Hauji” markalı motosikletinin qaçırılması barədə polisə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı S.Abdullayev müəyyən olunaraq saxlanlılıb.
Faktla bağlı araşdırma aparılır.