ASTARA, 14 aprel. TELEQRAF

Astarada məkətəbdən evə gedərkən itkin düşən 3-cü sinif şagirdi tapılıb.

Bu barədə DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf-ın Cənub bürosuna məlumat verilib.

Bildirilib ki, itkin düşən azyaşlı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

***

17:59

ASTARA, 14 aprel. TELEQRAF

Astarada məkətəbdə evə gedən 3-cü sinif şagirdi itkin düşüb.

Teleqraf-ın Cənub bürosunun verdiyi məlumata əsasən, hadisə rayonun Maşxan kənd ərazisində baş verib.

Belə ki, kənd sakini 9 yaşlı Reyhan Məmmədtağı qızı Məmmədzadənin itkin düşdüyü bildirilir.

Hazırda kənd sakinləri uşağın axtarışını davam etdirilər.