SAMUX, 14 aprel. TELEQRAF

Samuxda qızı sığınacağa verilən ata özünü asıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonunun Sərkar kəndində qeydə alınıb.

Belə ki, 1979 - cu il təvəllüdlü Rəşad Quliyev özünü yaşadığı evdə ağacdan asaraq intihar edib.

İlkin məlumata görə, mərhum içki aludəçisi olub. Bir müddət öncə onun yeniyetmə qız övladı sığınacağa verilib.

Həyat yoldaşı da qızı ilə qalırmış. İntihar faktı ilə bağlı Samux Rayon Prokurorluğunda araşdırma başlanılıb.