
GƏNCƏ, 13 aprel. TELEQRAF
Gəncə və Göygöl sakinləri dəm qazından zəhərlənib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Göygöl rayon Qızılca kənd sakini 2009-cu il təvəllüdlü Lamiyə İsmayılova yaşadığı evdə dəm qazından zəhərlənib.
Yeniyetmə qız Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.
Daha bir hadisə isə Gəncə şəhərinin Bağbanlar qəsəbəsində qeydə alınıb. 2000-ci il təvəllüdlü Həbib İsmayılov dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona lazımı tibbi yardım göstərilib. Vəziyyəti stabildir.