
BAKI, 15 aprel. TELEQRAF
Rusiyadakı “Krokus Siti Holl” konsert zalında törədilən terror aktının 4 iştirakçısı faciədən sonra Ukraynaya getmək barədə rəhbərlərdən göstəriş alıb.
Teleqrab TASS-a istinadən xəbər verir ki , bu barədə təqsirləndirilənlərdən birinin vəkili Oleq Vlasov açıqlama yayıb.
Terror aktını törədənlərdən birinin - Dalerjon Mirzoyevin vəkili bildirib: "Konsert zalına hücumdan sonra dörd nəfərə dərhal Ukraynaya getmələri barədə göstəriş verilib".
Bundan əvvəl Vlasov bildirib ki, terror aktını törədənlərin anlaqsız halda olmayıblar.
2024-cü il martın 22-də axşam Krasnoqorskda (Moskva vilayəti) “Krokus Siti Holl” konsert zalında terror aktı baş verdi. “Piknik” musiqi qrupunun çıxışı başlamazdan əvvəl silahlı şəxslər zala daxil olaraq tamaşaçılara atəş açıblar. Atışma partlayışlar və yanğınla müşayiət olunub.