
GƏNCƏ, 14 aprel. TELEQRAF
Gəncədə 4 nəfər dönərdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 35 yaşlı Nigar Cabbarova, 37 yaşlı Xuraman Mehdiyeva, 18 yaşlı Nazənin Quliyeva, 2001-ci il təvəllüdlü Jalə Tamirazova və bir nəfər azyaşlı oğlan uşağı dönərdən zəhərlənmə diaqnozu ilə Gəncə Yoluxucu Xəstəliklər Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.