GƏNCƏ, 14 aprel. TELEQRAF

Gəncədə piyadanı maşın vurub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, "Niva" markalı avtomobilin sürücüsü yolu keçmək istəyən orta yaşlı piyadanı vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Piyadanın vəziyyəti orta ağırdır. Onun 1988-ci il təvəllüdlü Elnur Rzayev olduğu dəqiqləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.