BAKI, 15 aprel. TELEQRAF

“Barselona”nın məşhur “Nou Kamp” stadionuna qayıtmasının ehtimal olunan tarixini açıqlanıb.

Teleqraf “Onze Mondial” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubunun yenidən qurulan stadionunun sentyabrda istifadəyə veriləcəyi gözlənilir.

“Barselona” hazırda İspaniya çempionatında liderdir. 70 xalı olan komanda ən yaxın rəqibi “Real Madrid”i 4 xal qabaqlayır.

Klub UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda bu gün Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. İlk oyun kataloniyalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb.