BAKI, 14 aprel. TELEQRAF

Bakıda təxminən 40-45 yaşlı kişi dənizə düşərək boğulub.

Teleqraf-ın əldə etdiyi xəbərinə görə, hadisə aprelin 14-də günorta saatlarında Dənizkənarı Milli Park (bulvar) ərazisində baş verib.

Hadisə yerə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar.

Dənizə düşən şəxsin axtarışları davam edir. Onun şəxsiyyəti hələ ki, müəyyənləşməyib. Hadisənin hansı səbəblərdən baş verdiyi də məlum deyil.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-ın sorğusuna cavab olaraq hadisəni təsdiqləyiblər. Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Əlavə məlumat veriləcək.