BAKI, 13 aprel. TELEQRAF

Şəmkir rayonunda (Bakı-Qazax avtomobil yolunun 397-ci kilometrliyi) yanğın olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 4000 m² olan istixananın polietilen üzlüyü 40 m² sahədə, yaxınlıqda sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, 1 ədəd generator və əraziyə dağılan yağ 300 m² sahədə yanıb. İstixananın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.