BAKI, 15 aprel. TELEQRAF

ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi və Ukraynaya dəstəyin artırılması ilə bağlı qanun layihəsi təqdim ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, sənəddə Ukraynanın “təhlükəsizliyi və bərpası”nın təmin edilməsi, habelə “Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi” sahəsinə vəsaitin ayrılması ilə bağlı müddəalar var.

Qanun layihəsinin ABŞ-dən Kiyevə hərbi dəstəyin davam etdirilməsinə ümid edən qüvvələrin Respublikaçı Prezident Donald Trampın administrasiyasına təzyiq elementi olduğu bildirilir.