KƏLBƏCƏR, 14 aprel. TELEQRAF

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonunun Qılınclı kəndinin ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi "Nissan Pathfaender" markalı avtomobili dərəyə aşırıb, hadisə yerindəcə həyatını itirib. Onun hərbiçi olduğu deyilir.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma başlanılıb.

***

14:50

KƏLBƏCƏR, 14 aprel. TELEQRAF

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, avtomobilin aşıması nəticəsində bir nəfər ölüb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.