GORANBOY, 14 aprel. TELEQRAF

Goranboyda 6 hektar ərazidə yanğın baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Goranboy rayonunun Qırıqlı kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, Qaramusalı bələdiyyəsinə məxsus 6,2 hektar qamışlıq adlanan ərazi yanıb. Hadisə yerinə 3 yanğın söndürən maşını və xeyli sayda canlı qüvvə cəlb olunub. Edilən müdaxilə nəticəsində alov söndürülüb.

Məlumat üçün qeyd edək ki, həmin ərazidən bir neçə kəndin sakinləri otlaq sahəsi kimi də istifadə edir.