270917.jpg)
BAKI, 15 aprel. TELEQRAF
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Teleqraf xəbər verir ki, məlumatı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Bununla bağlı məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.