
BAKI, 15 aprel. TELEQRAF
Türkiyə yığmasının “Real Madrid”də çıxış edən gənc futbolçusu Arda Gülər karyerasını İngiltərədə davam etdirə bilər.
Teleqraf “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” istedadlı futbolçunu heyətinə cəlb etməyə çalışır.
“Qırmızı şeytanlar”ın Ardanın keçidinə 60 milyon avro xərcləməyə hazır olduqları bildirilir.
Yada salaq ki, İngiltərənin “Arsenal” klubunun da türk ulduzu heyətinə qatmağa çalışdığı barədə xəbərlər yayılıb. “Topçular”ın Ardanı almağa 40 milyon avro ayırdığı iddia olunur.