BAKI, 13 aprel. TELEQRAF

ABŞ-də göyərtəsində 6 nəfərin olduğu yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı bir nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə Nyu York ştatında baş verib. "Mitsubishi MU-2B" təyyarəsi Nyu-York ştatının paytaxtı Albanidən təxminən 80 km cənubda yerləşən Kopake şəhəri yaxınlığındakı tarlada qəzaya uğrayıb.

Hadisənin səbəbi və ya hava gəmisində olan şəxslərin durumu barədə hələlik məlumat yoxdur.