BAKI, 14 aprel. TELEQRAF

ABŞ-də Pensilvaniya ştatının qubernatoru Coş Şapironun evini yandıran şəxs həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə məlumat verib.

Yanğın törətməkdə şübhəli bilinən Kodi Bulmer həbs edilib. Bulmer artıq bir neçə yanğın hadisəsində iştirak edib. O, terrorizm və adam öldürməyə cəhddə ittiham olunur.

Pensilvaniya ştatının polis polkovniki Corc Bivensin sözlərinə görə, Bulmer Şapironun iqamətgahına hücuma öncədən hazırlaşıb. Bu, onun cinayətlə bağlı dəqiq planının olduğunu göstərir.