BAKI, 14 aprel. TELEQRAF

2011-ci il dünya çempionatında 800 metr məsafəyə qaçışda gümüş mükafatçı olan Abubaker Kaki Sudanda artilleriya hücumu nəticəsində həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə “Sudafax” portalı məlumat yayıb. 35 yaşlı idmançı iki dəfə (2008, 2010) qapalı məkanda keçirilən dünya çempionatının qalibi olub, 2008-ci ildə isə 18 yaşında turnirin ən gənc qalibi olub.

Kaki 2008-ci il Olimpiadasının açılış mərasimində Sudan komandasının bayraqdarı olub.