BAKI, 14 aprel. TELEQRAF

Özbəkistanın şərqindəki Əndican şəhərinin sakini pnevmatik tüfənglə yol kənarına quraşdırılmış 50-dən çox kameraya atəş açıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, 49 yaşlı kişi şəhərin 29 kəsişməsində quraşdırılmış 51 kamera və bir Hikvision radar sisteminə qəsdən atəş açıb. Onun hərəkətlərinin motivləri müəyyənləşdirilir.

Şübhəli şəxs saxlanılıb. Onun barəsində “Əmlakı qəsdən məhv etmə və ya zədələmə” maddəsi ilə cinayət işi açılıb. Buna əsasən, onu 3 ilə qədər həbs cəzası gözləyir. Dövlətə dəymiş zərər təxminən 90 min dollar civarında qiymətləndirilir.