BAKI, 13 aprel. TELEQRAF

Sierra Leone respublikasının prezidenti Julius Maada Bio-nun iqamətgahında yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin İnformasiya və Vətəndaş Təhsili Nazirliyi "Facebook" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, yanğın aprelin 12-də yerli vaxtla saat 16:00-da dördüncü mərtəbədə başlayıb, sonra üçüncü mərtəbəyə keçib. Yanğınsöndürənlər alovun prezident ofisinə keçməsinin qarşısını alıblar.