
BAKI, 13 aprel. TELEQRAF
2017-ci ildə Mançesterdə partlayış törətməkdə təqsirli bilinən Haşim Abedi Durham qraflığında həbsxana məmurlarına hücum edərək onları ağır yaralayıb.
Teleqraf xəbər verir ki, bu barədə Britaniya həbsxana ittifaqı POA məlumat yayıb.
Məlumata görə, Abedi aprelin 12-də qəfildən həbsxana işçilərinə hücum edib, onların üzərinə isti yağ töküb, daha sonra isə onları əldə hazırlanmış bıçaqla vurub.
Həbsxananın üç əməkdaşı yanıq və bıçaq xəsarətləri alıb. Zərərçəkənlərdən biri üz və boğaz nahiyəsindən aldığı xəsarətlərlə təyyarə ilə Midzbrodakı Ceyms Kuk Universiteti Xəstəxanasına çatdırılıb.
Xatırladaq ki, 2017-ci il mayın 22-də axşam Manchester Arena kompleksində müğənni Ariana Qrandenin çıxışından sonra terror aktı baş verib, nəticədə 100-dən çox insan yaralanıb. Partlayışı kamikadze Salman Abedi həyata keçirib. Cinayəti törədənin kiçik qardaşı Həşimin də cinayətdə əli olduğu müəyyən edilib. O, Liviyadan Böyük Britaniyaya ekstradisiya edilib və daha sonra ömürlük həbs cəzasına məhkum edilib.