
BAKI, 14 aprel. TELEQRAF
Ədəbiyyat üzrə 2010-cu ilin Nobel mükafatı laureatı, perulu yazıçı Mario Varqas Lyosa 89 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə onun oğlu Alvaro "X" sosial şəbəkəsində yazıb.
Peru nasiri və dramaturqu, publisist, ictimai-siyasi xadimi Luosanın dəfn mərasimi qapalı keçiriləcək.
Yazıçının "Şəhər və İtlər", "Dünyanın Sonu Müharibəsi" kimi məşhur əsərləri var. O, üsyan və ictimai nizam mövzularını fəal şəkildə araşdırıb. Əsərlərinin çoxu Amerikanın yerli əhalisinin müstəmləkəçilərə qarşı müqavimətinə həsr olunub.
Lyosa 2010-cu ildə Nobel mükafatına layiq görülüb.