BAKI, 12 aprel. TELEQRAF

İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib.

Məlumata əsasən, zəlzələ 3,2 maqnitudada qeydə alınıb, zəlzələ ocağı 3 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.