BAKI, 13 aprel. TELEQRAF

Myanmanın mərkəzində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanlar bazar günü UTC saat 2:25-də təxminən 1,2 milyon əhalisi olan Mandalay şəhərindən 84 kilometr cənubda qeydə alınıb. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib. Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir.

Xatərıadaq ki, martın 28-də Myanmada hər birinin maqnitudası 7,7 olan bir neçə güclü zəlzələ baş verib . Zəlzələlər Tailand , Çin və Vyetnamda hiss olunub.