
GORANBOY, 12 aprel. TELEQRAF
Goranboyda yol qəzası olub.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsi yaxınlığında baş verib.
Biri yük maşını olmaqla iki avtomobilin toqquşması zamanı 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. 1990-cı il təvəllüdlü Tərtər rayon sakini Emin Hüseynov, 1995-ci il təvəllüdlü Goranboy rayon sakini Ziyad Nəcəfov və daha bir yaralı xəstəxanaya çatdırılıb.
Onlardan birinin durumu orta ağır olaraq dəyərləndirilir. Yaralılardan biri ilkin tibbi yardım sonrası digər klinikalardan birinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.