GORANBOY, 13 aprel. TELEQRAF

Goranboy - Mingəçevir avtomobil yolunun Goran qədəbəsindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, yaşayış yeri olmayan ərazidən yolu keçmək istəyən piyadanı "Ford" markalı yük maşını vurub. Orta yaşlı şəxs yerindəcə dünyasını dəyişib. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.