
BAKI, 6 aprel. TELEQRAF
Qərbi Kaspi Universitetinin tələbəsi dünyasını dəyişib.
Teleqraf xəbər verir ki, bu barədə Universitet məlumat yayıb.
"Qərbi Kaspi Universitetinin "Yüksək texnologiyalar və İnnovativ mühəndislik" fakültəsinin, İnformasiya texnologiyaları ixtisasında təhsil alan V kurs tələbəsi - Şahbalayev İkram faciəli şəkildə (dəm qazından boğularaq) vaxtsız dünyasını dəyişmişdir. Tələbəmizin ailəsinə, yaxınlarına dərin hüzn hissi ilə başsağlığı veririk. Müəllim və tələbə heyəti üçün bu xəbər çox sarsıdıcı, üzücü oldu. Allah rəhmət eləsin!", - məlumatda deyilir.