​GƏNCƏ, 6 aprel. TELEQRAF

Gəncədə yük maşını minik avtomobili ilə toqquşub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Eyni istiqamətə dönən "Mercedes" və "Kamaz" markalı avtomobillər toqquşub. Xoşbəxtlikdən xəsarət alan olmasa da minik avtomobilinə ciddi ziyan dəyib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır