
BAKI, 10 mart. TELEQRAF
Ağdaş rayonu ərazisində keçirilən növbəti tədbir zamanı tullantıların urnalardan kənara atılması aşkar edilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə rayon sakini olan 3 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.
Bundan başqa rayonun Dəhnəxəlil kəndi ərazisində ağac kəsilməsi faktı aşkarlanıb. Qanunsuz ağac kəsdiklərinə görə 2 nəfər barəsində araşdırma aparılır.
Bu istiqamətdə tədbirlər davam etdirilir.