
BAKI, 10 mart. TELEQRAF
Daşkəsən rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Daşkəsən rayonunun Aşağı Daşkəsən kəndində "Chevrolet" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.