AĞCABƏDİ, 10 mart. TELEQRAF

Ağcabədi rayonunda 2 yaşlı uşaq ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, martın 7-də 2023-cü il təvəllüdlü Zəfər Cəfər oğlu Qurbanzadə yaşadığı Rəncbərlər kəndindəki evdə qaynar su içərkən ağız boşluğundan yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Tibbi yardıma baxmayaraq, 2 yaşlı Zəfərin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.