
GƏNCƏ, 10 mart. TELEQRAF
Gəncədə tələbə zəhərlənmə diaqnozu ilə şəhərdə olan xəstəxanalardan birinə çatdırılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Azərbaycan Aqrar Universitetinin (ADAU) 3-cü kurs tələbəsi olan Sadiq Əliyev kirayədə qaldığı mənzildə dəm qazından zəhərlənib.
O, evdə vanna otağında olarkən yıxılıb və otaq yoldaşları qapını sındıraraq onu oradan çıxara biliblər.
Həkimlərin səyi nəticəsində gəncin həyatını xilas etmək mümükün olub. Onun müalicəsi davam edir.
Yaxınlarının verdiyi məlumata görə, 22 yaşlı Sadiq Əliyev Saatlı rayonundandır.