BAKI, 10 mart. TELEQRAF

Füzuli rayonunun Babı kəndində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, ümumi sahəsi 250 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 235 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.