BAKI, 10 mart. TELEQRAF

Şəmkirdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Şəmkir rayonunun Günəşli kəndində ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 110 m² sahədə, sahəsi 75 m² olan talvarın taxta atmaları, yaxınlıqda sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və bitişik sahəsi 50 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Evin, tövlənin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.