
BAKI, 10 mart. TELEQRAF
Bakının Binəqədi rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 900 m² olan mebel sexinin içərisində yığılan 10 ədəd taxta qapı yanıb.
Mebel sexi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.