
BAKI, 10 mart. TELEQRAF
Ukrayna Rusiya ilə “quru atəşkəs”ə razı olmayacaq, çünki düşmən bu zaman gələcəkdə canlı qüvvəsini bərpa etmək və hərbi əməliyyatları davam etdirmək imkanı əldə edəcək.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Sergey Leşçenko deyib.
“Atəşkəs istəyirsinizsə, biz hazırıq. Ancaq Putinə yaralılarını müalicə etmək üçün bir neçə ay fasilə verəcəyi, hələ də Rusiya İmperiyasında yaşadığını düşünən on minlərlə kölə cəlb edəcəyi, Şimali Koreyada və digər peyk ölkələrdə piyada qoşun toplayacağı “quru atəşkəs”ə yox... Biz belə bir şeydən sonra müharibəni yenidən bərpa etmək üçün hazır deyilik”, - ölkə rəsmisi vurğulayıb.
Leşçenko Ukraynanın Rusiya lideri Vladimir Putinə belə bir imkan və fürsəti verməyəcəyini bildirib.