BAKI, 10 mart. TELEQRAF

Təkcə Ukraynanın deyil, Rusiyanın da kartları yoxdur, buna görə də sülh sazişi bağlamalı olduqlarını deyirlər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Amerika lideri Rusiya-Ukrayna müharibəsini növbəti dəfə “mənasız” adlandırıb və buna son qoyacağını bəyan edib.

“Onların kartları yoxdur, əslində heç kimin yoxdur. Rusiyada da yoxdur. Lazım olan tək şey sövdələşməyə getmək və insanları öldürməyi dayandırmaqdır. Bu, mənasız müharibədir, biz buna son qoyacağıq”, - Tramp vurğulayıb.